Bağban bağ bəsləsə itər əməyi,Bəslədiyi bağın barı olmasa.Bülbül fəğan eylər ağlayar nəyi?Əgər qızılgülün xarı olmasa.

Nadanın məclisdə isbatı nədi?Namərdin dostluğa hörməti nədi?Bivəfa adamın mərfəti nədi?Doğru sözü, düz ilqarı olmasa.

Aşıq Vəli sözü söyləyər kəsə,Hər vaxt qiymət verər yaxşıya pisə,Könlü müşkül olar çox batar yasa,

Hər kəsin vəfalı yarı olmasa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring