Qəşəm

Səxa çeşməsinin hafiz dayağı,
Nədir başındakı, varmı yanarı?
Fəza cövhər isə ərşin dayağı,
Nədir qarşındakı turunc yanarı?

Vəli

Səxa çeşməsinin hafiz dayağı,
Haqtala özüdü başda yanarı.
Sirr içində yerin, göyün dayağı,
Nurdur qarşıdakı turunc yanarı.

Qəşəm

Neçə qurban getdi dəryala söylə?
Xaliqə üz tutub dəryala söylə,
Nəvana səmt qılıb dəryala söylə,

Necədir gəşd edən üzə yanarı?

Vəli

İki qurban getdi dəryala bilsən,
Beşi on yeddiyə dərya ala bilsən,
Qibləyə üz döşə dəryala bilsən,
Günəşdir gəşd edən üzdə yanarı.

Qəşəm

O, nədir son günün olar yoldaşı?
Şərminə tökülür Yetgin yoldaşı,
Sözümün canı var dörddür yoldaşı,
Ürəkdən süzülür, dildən yanarı.

Vəli

Əməlindi son gününün yoldaşı,
Vəli məzar üstdən düzdür yol daşı,
Can cənazə dörd götürən yoldaşı,
Ürək keçdi, dil kəsildi yanarı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets