Şeri qılıncla yaz
Deyir bizə qanla sulanan torpaq:Şeri qələmlə yox, qılıncla yazaq.Olsun hər misrada qılınc kəsəri,Gəzsin qanad açıb, o cəbhələri...Orda nə göz yaşı, nə də ah olsun!İgidlər əlində o silah olsun.Ucaldıb, ey qafil, fəryad səsini,Oxuyub Qarabağ şikəstəsiniGəl, belə zarıma düşmən önündə.Doğma torpağını qaytaran gündəOxu o havanı, qoy əksi-sədanObalara düşsün, ellərə düşsün!Şadlıq səsimizi dünya eşitsin!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-seri-qilincla-yaz
Use ← → keys to move, R for a random poem