Dostlar, dünya tarixini,Doğru, düzgün bilən kimdi?Ağır zülmət pərdəsini,Yerdə, göydə silən kimdi?

Bir cəbhəni dayandıran,Bir cəbhəni oyandıran,Al, yaşıla boyandıran,Gül üzünə gülən kimdi?

Doğru desək sən də, mən də,Gələn gedir vaxt gələndə,İki qardaş bir vətəndə,Payı düzgün bölən kimdi?

Diqqət verən həvəsinə,Əhsən deyir cümləsinə,Düşən tarix lövhəsinə,Həmişəlik qalan kimdi?

Vəli, düşün dərin-dərin,Aşiqini gözəllərin,Bu bəşərin, hər nəfərin,Harayına gələn kimdi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets