Deyirəm
Namərd ilə köçün sürmə yaylağa,Səni yurdda qoyub köçər deyirəm.Xonun olsa, mehribandı qaymağa,Olmasa hörmətdən keçər deyirəm.
Mənim sözüm hərcayidən pünhandır,Ariflər yanında ləli-mərcandır,Baxarsan ki, gen günündə mehmandır,Dar günündə səndən qaçar deyirəm.
Əlni vermə sən namərdin əlinə,Yetənməzsən fitnəsinə, felinə,Kənardan seyraqub döysə, belinə,Doldurub qanından içər deyirəm.
Namərd tanımayar dostu, düşməni,Beş qəpiyə alar, satar insanı,Nə haqqı tanımaz, ilqar, imanı,Məhəmməd dinindən keçər deyirəm.
Mən qaçağam hərcayidən, dəlidən,Mətləbim istərəm ağam Əlidən,Qiymətli bir sözdür alsan, Vəlidən,Namərdə sirr vermə açar deyirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-deyirem-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Ya təzədən yarat ya da…Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!