Biri nuru, qəlbi duru,Açır gövhər-kanı gözəl.Daşı-qaşı, al qumaşı,Hər ləli-mərcanı gözəl.Təxti-bəxti, zərrü-rəxti,Mənzili, məskəni gözəl.Al yanağı, güllü bağı,Xanası, eyvanı gözəl.Hüsnü bahar, yaz,Boyu sərfiraz,Gəl əyləş bir az,Əhli vəfadar,Qoynu dolu nar,Diyarbədiyar,İşıq salır, ilham alır,Gözəllər sultanı gözəl.

O, hal-hazır, yaxşı yazır,Gözəli tanı mötəbər.Üzü-gözü, doğru sözü,Əhdi-peymanı mötəbər.Səyi-rəyi, xoş diləyi,Vicdanı, qanı mötəbər.

Zərrəsi tər, zərlə bəzər,Səddi, səhranı mötəbər.Xoşdu dövranı,Geyir əlvanı,Gəzir hər yanı,Quş kimi uçur,Könüllər açır,Gur işıq saçır.Zatı əsil pak, müddəsil,Aşkarı, pünhanı gözəl.

Aşıq Vəli, var əməli,Yazır bu dastanı verir.Həqiqəti, xoş niyyəti,Güllü gülüstanı verir.Gör nə göyçək açır çiçək,Dərdlərə dərmanı verir.Hər nə ki var, hüsnü bahar,Cansızlara canı verir.Rəsmi-pərzadın,Bu xoş muradın,Kim çəkir adın,Görür xidmətin,Açır söhbətin,Deyir hörmətin.Bir mehriban, ruhi-canan,Bəsləyir dünyanı gözəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets