(Riyaziyyatçı alim Qoşqar Əhmədlinin ölümü münasibətilə yazılmışdır)

Aman fələk, aman sənin əlindən,Bizim elin Qoşqar dağı necoldu?Mehriban ellərin, mehriban oğlu,Göz işığı, ürək yağı necoldu?

Altında qalanda qəmlər yükünün,İrəngi saralar göydəki günün,Alicənab oğlu vətən mülkünün,Ali məclislərə saqi necoldu?

Qəmli könülləri güldürən gülən,Ağlayan kəslərin göz yaşın silən,İnsan qədri bilən, sevən, sevilən,Məhəbbətin solmaz tağı necoldu?

Şirin gülən bir gün acı ağlayır,Şahların başının tacı ağlayır,Ata, ana qardaş, bacı ağlayır,Mərd igidlər xoş növrağı necoldu?

Ağır yaralara qəm tökür duzu,Vəlinin göz yaşı əridir buzu,Alimlər səfinin parlaq ulduzu,Doğma yurdun ilk mayağı necoldu?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice