Bir sahədə təlim verən,Bir sahədə dəli mənəm.Bir bazarda yer zibili,Bir bazarın ləli mənəm.

Bir cəbhədə geri qalan,Bir cəbhədə ilham alan,Bir cəbhədə ölməz olan,Bir cəbhədə ölü mənəm.

Bir cəbhədə kamil insan,Bir ləhcədə ancaq nadan,Bir cümlədə doğru-yalan,Bir cümlədə Vəli mənəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets