Aşıq oldum saz götürdüm,Səs saldım cahana tez.Ziynət verdim hər çiçəyə,Gülə, gülüstana tez.Sənətdən şöhrət qazanım,Düşüm dildən, dillərə.Çəkim eşqin səməndini,Gətirim cövlana tez.

Təbim oldu, şeir dedim,Sözə verdim ziynəti,Sevdim əziz ellərimi,Qarşıladım hörmətin.Sərraf görcək simu-zəri,Üstə yazır qiymətin.Arif baxır kamalına,Ad verir insana tez.

Miskinli Aşıq Vəliyəm,Dərinlərə dalmağa.Qəlbi təmiz pak dostlardan,Saf tərbiyə almağa.Çalışaram, can ataram,Dünyada iz salmağa.Gələcəyə, nəsillərə,

Yazmağa nişana tez.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets