Dilim nalə çəkir, yoxdur taqəti,Dözə bilmir ayrılığa, yanara.Tükənir qərarı, səbri-dözümü,Nazlı yardan uzaq düşür yanara.

Əzəl gündən əsir düşdüm yara mən,Həsrət çəkməz ləblərindən yar əmən,Kimə deyim yaman günə yara, mən?

Aç yaramı başdan-başa, yan, ara.

Vəli, yarat nəsillərə gül əsər,Bağban ölər, bülbül ağlar, gül əsər,Layiq olur sənin kimi Güləsər,Ya heyvaya, ya turunca, ya nara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love