Sinadər
Bir ağac bəslədim bağın ziynəti,Ləzzəti pətəkdə bala sinadər.Onun budağında iki meyvə var,Gör hansı gərəkdi bala sinadər.
Könlüm arzu edir bir ana gəlsin,Dərdimin dərmanı bir ana gəlsin,Yüz min bala getsə bir ana gəlsin,Yüz min də yetirir bala sinadər.
Vəli, al dərsini bir sin içində,Bir sığın haqqına bir sin içində,Sənə min dərd olar bir sin içində,Aparsan özünnən bala sinadər.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-sinader
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könlümün dedikləri
Mənim könlüm deyir ki,Hələ bunlar nədir ki…
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
TuranSizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,Əcdadımızın müştərəkən mənşəyi Turan.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,