Qurulub kainat, küllü məxluqatDünya sirrin bilən varmı, ya tarix?Biz naşı ovçuyuq ov bərəsində,Oxumuzu ya atmarıx, yatarıx.

Ustadımdan dərsim aldım bir sinə,Biri əlif, biri beydi, birsi nə?Üç ovum var, çatammadım birsinə,Mən düşgünəm, yolum uzaq, yat, arıx.

Aşıq Vəli de sözünü hey qala,Yanan sönər, sönən yanmaz, hey qala,Müşkül işdi, varlığımız hey qala,Sığınarıq sin içində yatarıx.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets