Dedim: – Mən əbəsəm səni sevməsəm,Dedi: – Bir atam var, bir anam indi.Dedim: – Mən qəribəm, tənha bir kəsəm,Dedi: – Könül verim bir anam indi?

Dedim: – Bir şikəstə qulunam, sənəm,Dedi: – Ləblərimdən, səbr eləsən əm,Dedim: – Həsrətindən əsirdi sənəm,Dedi: – Kim səməndi bir ana mindi?

Dedim: – Sən Vəlini sevirsən, halal?Dedi: – Söhbət açaq, danışaq halal,Dedim: – Dərdimi bil, söz soruş, hal al,Dedi: – Məni sevən bir ana mindi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love