(Günəşə aid)

Ömrü boyu bir gözəldə,Qəti yalan görmədim.Zərrə qədər öz işindən,

Geri qalan görmədim.Canlı-cansız, insi-cinsi,Heyran olur hüsnünə.Gələn sevir, sevən gedir,Bir rəy alan görmədim.

Özü cavan, mətləb qanan,Bilmək olmur yaşını.Zər bəzəyir bu dünyanın,Torpağını, daşını.Aləmlərə o ruh verir,Uca tutur başını.Belə gözəl xoş səfalı,Nəğmə çalan görmədim.

Ey Miskinli Aşıq Vəli,Sən bax hər cəlalına.Hörmətinə, şöhrətinə,Dövlətinə, malına.Təmənnasız can yandıran,Yaranmışın halına.Bir bu qədər hörmət edib,Yola salan görmədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets