Salatın
Göz ki, görür, müjdə verir,Yolunda canı Salatın.Deyir, çalır, ilham alır,Səri, sevdanı Salatın.O gül üzün, şirin sözün,Gövhərin kanı Salatın.Sevir, seçir, ölçür, biçir,İnsan insanı Salatın.Məhcamala, həm kamala,Yazır dastanı Salatın.
Hər nə ki, var, hüsnü bahar,Yetişdirir barı gözəl.
Özü gözəl, gözü gözəl,Ağ bədənin qarı gözəl.Var həvəsi, tər sinəsi,Tər-təzə nübarı gözəl.Kim bitirir, kim yetirir,Belə bir cüt narı gözəl.Ətri verir, bihuş edir,Şahı, gədanı Salatın.
Ata-ana, xoş nişana,Yetişdirir bala səni.Boyu şüşə, tər bənövşə,Çox istəyir lala səni.Çox həzz alır, qələm çalır,Gətirən xəyala səni.Düzər sözə, deyər saza,Söylərəm mahala səni.Mələkzada var dünyada,Behişt qılmanı Salatın.
Bu şux gözəl, bundan əzəl,Gəzirdi bağı görmüşəm.Tez od alıb, işıq salıb,Könül çırağı görmüşəm.Can üzər, yüyər, düzər,Bəzər otağı görmüşəm.Mən bu qızı, al qırmızı,Gül tək yanağı görmüşəm.Xəlq olub, yalqız gəlib,Cümlə, cahana Salatın.
O peş görə, xudam verə,Bundan uca bəxti sənə.Bir oğlana, gözəl xana,Zərü-rəxti, taxtı sənə.Həmi camal, həmi kamal,Həm gözəllik axtı sənə.Mən ki, görüb yazdım tərif,Oxuyum hər vaxtı sənə.Getsən özüm, bax bu sözüm,Qalsın nişana Salatın.
Sənin tək gül sevən bülbül,
Dolanır bağı gözləyir.Üzür canı, tökür qanı,Fərhad da dağı gözləyir.Leyli gələ, bax bir yola,Məcnun bulağı gözləyir.Aşıq Vəli saçır ləli,Qiymət almağı gözləyir.Dur tez yetir, nəmər gətir,Kəsmə aranı Salatın.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-salatin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylərKönül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.