Analar
Gələndə dünyaya baxar üzünə,Balanın adını anar analar,Qəlbini oxuyar özü-özünə,Oxşayar dərdini qanar analar.
Zəhmət çəkər gecə-gündüz bəsləyər,Şirin layla tutar, şirin səsləyər,Tez böyütmək, tez yetirmək istəyər,Balanı öz canı sanar analar.
Balanın qəhrindən qəsd edər cana,Az qalar ki, olsun dəli, divana,Axan göz yaşları qarışar qana,Balasından olsa kənar analar.
Ağlasa ağlayar, güləndə gülər,
Övlada ömründən kəsər, pay verər.Naqabil kəs ana qədrin nə bilər?Balanın halına yanar analar.
Analar çalışar qeydə qalmağa,Böyüdüb, yetirib ilham almağa,Qaranlıq yoluna işıq salmağa,Saxlayar dəstində fanar analar.
Vəli söylər gözün ağı, qarası,Ürəyinin, ciyərinin parası,Balanın zərrəcə olsa yarası,Dayanar ürəyi donar analar.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-analar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Hünərin var, bala böyütHünərin var, bala böyüt,Dərd-sərini vecə alma.
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ