Hey dərin-dərin
Mərfət əhli mərd dolanır dünyada,Məhəbbət düşünər hey dərin-dərin.Zərrəsində min bir çiçək gül açar,Pozulmaz bağında hey dərin-dərin!
Süsən sünbül, tər bənövşə, ha lala,Dostlar dərə, dəstə tuta, hal ala,Əmək sevən haram qatmaz halala,Açar həqiqətin hey dərin, dərin.
Miskinli Vəliyəm gördüm Minada,Bir dəryadı, iki qəvvas, min ada,Hörmət qazan, düş tarixə, min ada,Əslin də torpaqdı hey dərin-dərin.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-hey-derin-derin
Use ← → keys to move, R for a random poem