Bir isminə beş gözəllik yaraşır,Dildə əzbər məhəbbətdi ya sənə.Müşkü ənbər səndən alır ətrini,Gül, yasəmən, tər bənövşə, yasənə.

Çək səməndin, bir sığal ver hey ata,Oğul qəhri hərgiz çəkər hey ata,Ver saqiyə, bağla sidqi həyataZərrə qoymaz dost qəlbinə yas ənə.

Aşıq Vəli, dost adına bir canım,Qəbul eylə, var yolunda bir canım,Sənsiz mənim xoş keçmədi bircanım,Qərinələr gəldi, keçdi, ya sənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring