Qanadlı Afaq Məsuda

Məni görən dərd balalar,Beşi, onu, mini keçər,Tezcə baxaram üzünə,nə dərdi var mənə keçər.

Dərdi keçər, getməz yenə,Göz qırpmadan durub baxar,bir əlindən xəncər çıxar,bir əlindən gülü baxar.

Güc yığar xəncərli əli,dayanmaz ahu-zarıma.xəncərin vurar sinəmə,gülün qoyar məzarıma.

Elə bilər məndən gəlir,Məndədi bütün dərdləri,Bir daha vurar xəncəri,Elə vurar, elə bilərÖldürür bütün dərdləri.

Hərə bir təhər öldürər,Kəsər iliyimdən məni.Kim sevdiyindən öldürər,Kim dəliliyindən məni.

Yenə sağ olsun hər biriSeçər gülün ətirlisin,Çox əziyyət verməz mənə,Seçər xəncərin itisin.

Ölüm hər təzə gələninağzında təzə dad olar,Xəncər vurar, gülün qoyar,Əlləri də rahat olar.

Gələr təzə vətən oğlu,qəbrimdən qalxıb baxaram,yenə bir xəncərə doğru,yenə bir gülə qalxaram.

Axırda elə bilərəmTək bir gül var, tək bir xəncər,Xəncər vuran, gül gətirənadamlar, əllər dəyişər.

Yalvararam sinəmdən heçÇixarmayın bu xəncəri,Xəncər sinəmdə basdırın,bilinməsin qəbrin yeri.

Bir daha xəncər vurmaqdanağrımaz əli heç kəsin,qəbrimə gül gətirməkdəncanınız qurtarar sizin.

Vallah, gül də istəmirəm,Lap eşqlə də dolmuş olsa,bəsimdi xəncərin üstdəbir gül şəkli olmuş olsa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring