Nə zərafəti
İblisin, ibnənin, fitnə-fəsadın,Kəsməz şər-böhtanı, nə zər afəti.Yamanları yaman dərdə tuş olsun,Gəlməsin qarşıya nəzər, afəti.
Sızıldadır cəsədimi yara hey,Təbib gərək neştər vura, yara hey,Kəsir səbrim, aman vermir yar, a hey,Sıxır ürəyimi nə zərafəti?
Ər meydanda kal dayanmaz, nə dana,Yaxşı düşün, bil qədrini nədana,Aşıq Vəli həqiqəti nə dana,İşlər, hökm versə, nəzər afəti.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-ne-zerafeti
Use ← → keys to move, R for a random poem
More by this author
Ələsgərdi
Telli sazı min dil açan,Ələsgərdi, Ələsgərdi.
BelədiVidalaşaq, a dostlarım,Vaxtı gələn can belədi.
AğlamaMən gedirəm qürbət elə,Ayrılıqdı, yar, ağlama.
Xəstə Qasımın Dağıstan səfəriUstadlar həmişə dastana başlamazdan əvvəl ustadnamə deyiblər. Biz də deyək bir olsun:Könül qulluq eylə kamil ustada,