Bax-bax
Arı bal çəkməyə qonar çiçəyə,Bülbül gül ucundan bu dala bax-bax.Nar məmələr baş vuranda köynəyə,Az qalır canımı bud ala bax-bax.
Əzəl gündən bəxtim oldu zil qara,Uca dağda yolum düşdü zil qara,Tökülübdü gərdən üstə zil qara,Bulud kimi saçlar bu dala bax-bax.
Vəli ağlar nə yar gəldi, nə yazdı,Ürək dərdli, könül qəmli, nəyazdı.Yar al geyib nə payızdı, nə yazdı,Həsrətindən döndüm bu «dal»a bax-bax.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-bax-bax-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Yol kənarında
Səhər şikarında çıxdı qarşıma,Bir cüt gözəl gördüm yol kənarında.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
A yaza könülYenə yada düşdü əhdü-peymanım,Vəsfini sinəmə a yaza könül.