Vidalaşır
(S.Vurğunun dəfn günündə yazılmışdır)
Azərbaycan oğlu Səməd Vurğunun,Ayrılıq günüdür el vidalaşır,Böyük ölkələrdən gəlir dostları,Deyirsən axışan sel vidalaşır.
O böyük sənətkar elin dostudur,Şəhərin dostudur, çölün dostudur,Bülbülün dostudur, gülün dostudur,Bülbül vidalaşır, gül vidalaşır.
Qazanıb cahanda böyük hörməti,Dillər əzbəridir, məclis ziynəti,Hələ çox artacaq bu məhəbbəti,Üzülməz əlindən, əl vidalaşır.
Xalqın məhəbbəti ondan üzülməz,Axar sərin çeşmə sondan üzülməz,İnsan cərgəsindən sandan üzülməz,Fəsil qan ağlayır, il vidalaşır.
Miskinli Vəliyəm keçərəm candan,Möhnətim yüz oldu dərdü hicrandan,Bu böyük dahidən, ölməz insandan,Məhəbbət ayrılmır, dil vidalaşır.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-vidalasir
Use ← → keys to move, R for a random poem