Bu dünya baqidir, insan köçəri,Həm gəlir, həm gedir yaxşı, yamanı,Heç qəlbinə dəymə özün kimi bil,Qonşunu, qohumu, eli, obanı.

Qarışdırma suyu, etmə bulannıq,İnsana layiqdi dost, mehribannıq,İnsannıq, insannıq, yenə insannıq,Layiq deyil əzə insan insanı.

Cavan ola, qoca ola, pir ola,Bəşəriyyət işdə, sözdə bir ola,Qüdrət ola, qüvvət ola, gir ola,Kamil ola başa düşə havanı.

Nə olar ki, açılan gül solmaya,Suyun kuzəsinə qanlar dolmaya,Azğınlıq, lovğalıq, tamah olmaya,Ölkələr vuruşub etməz davanı.

Vəlinin sözlərin qanannar qanar,Qanmayannar hesab çəksə inanar,Hamı bir qardaşdı, dillərdi kənar,Unutma Həvvanı, Adəm atanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets