Çətindi
Bir kimsənin ağlı getsə sərindən,Onu salar hər diyara çətindi.Mənəm-mənəm deyib özündən çıxan,Öz gününü eylər qara çətindi.
Kəm ağıl məni də gətirsə dəmə,Neçə dağlar yersiz çəkər sinəmə,Yığılar məxluqat, olar məhkəmə,Nüsrət yolu günahkara çətindi.
Eşit sözlərimi unutma qəti,Düzlükdədir insanlığın ziynəti,Hakim sanmırsansa sən həqiqəti,Ədalət olmağa çara çətindi.
Alim gördü oxuyanı, yazanı,Nəyə bənzədərlər yoldan azanı,
Atalar demişdir quyu qazanıÖzü düşər üzüqara çətindi.
Vəli, de sözünü, yetir isbata,Qail ol zəhmətə, haqqa, barata,Oğru, əyri olan qayğısız ata,Tərbiyəsi uşaqlara çətindi.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-cetindi
Use ← → keys to move, R for a random poem
More by this author
Sən dedin: Ləblərin şəhdi, şirindi,Mən dedim: – Acıdı, canlar alandı!
Lalasıdırmı?O büllur buxağın, qaymaq dodağın,Yanağın dağların lalasıdırmı?
Mən inanmadımDedilər: Yar yanar yarın halına,Atdı məhəbbəti, mən inanmadım.
GəzirəmÇəkirəm intizar, yetmiş yaşım var,Bulanmayan su dövranı gəzirəm.
Poems by other poets · Wisdom and advice
Gəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Yol vermədimXoşbəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim.