Aşığın
Elinən yaradır, elnən yaşadır,Eldi can-ciyəri, eli aşığın.Eli elnən gedir, elinən gəlir,Elinən gətirir əli aşığın.
Elinən qazanır, elinən yeyir,Elinən əyilir, elinən əyir,Elinən deyilir, elinən deyir,Elinən danışır dili aşığın.
Elinən saz alır, elinən çalır,Elnən yaşıllanır, elnən saralır,
Elinən yaşayır, elinən qalır,Elin el aşığı Vəli aşığın.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-asigin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Dövləti olmayan millət bədbəxtdir,Daim yaşatmışam bu hissləri içimdə.
BahalıqSaldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.
Suda işıqlar“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!
Yetdin yetənə, yetməyənə bir təpik atdınYetdin yetənə, yetməyənə bir təpik atdın,Vicdanını, imanını bircə pula satdın,