Çərx hərlənər, gərdiş eylər hər ayı,Qış gələr dağların çağ sinəsinə.Gedəndə al, yaşıl, gələndə qarı,Çəkilər çarğatı ağ sinəsinə.

Çərx hərlənər, gərdiş eylər hər yazı,Hər insana haqdan gələr hər yazı,Dağlar səri açar çiçək hər yazı,Dərər, sərər qızlar ağ sinəsinə.

Xeyir işə el yerisin dal-dala,Hər sirrini hərcayidən dal-dala,Aşıq Vəli haq əlindən dal-dala,Çəkin hərcayının dağ sinəsinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets