(M.P.Vaqifə)

Səbəb nədir məlul-müşkül gəzirsiz,Dolanırsız bu diyarı, durnalar.Qara bağrım şan-şan edib əzirsiz,Çəkdirirsiz intizarı, durnalar.

Ağlayırsan ayrı düşüb dəsindən,Elindən, günündən, yarış bəhsindən,Qərib nəfəsindən, qəmli səsindən,Öldürərsən dil azarı, durnalar.

Səyyad olan açıb torun qurmasın,Ovçu olan qəsdinizdə durmasın,Şahin quşlar qanlı caynaq vurmasın,Pozmasın səfləri barı, durnalar.

Mən qəmli aşığam, siz mələkzada,Qatarlanıb, qanad çalıb havada,Nəğmə deyib gedirsiniz Bağdada,Gözləyirəm ilk baharı, durnalar.

Miskinli Vəlini salsanız yada,Bu sözləri unutmayın nəbadə,Yetirin dostlara, yaysın dünyada,Yaxşı saxlar yadigarı durnalar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation