Gələndə
Qüdrətdən aləmə xalı sərilir,Xoş baharın çəmənzarı gələndə.Ürəklər sevinir, qollar gərilir,Güloğlanın nazlı yarı gələndə.
Ağlayanda göz yaşımı silmədin,Oxşayıb, öyrənib dərdim bilmədin,Dindirmədin, güldürmədin, gülmədin,Könlümü almadın barı gələndə.
Cavanlıq şövq salır tər çiçəklərə,Qocalıq son qoyur ər oğlu ərə,Güvənmə özünə, aldanma zərə,Gün xoş keçir xeyirkarı gələndə.
Cavanlıqda yar könlünü yar alır,Gün keçir qocalır qəlbi daralır,Xəzan əsir, gül-çiçəyi saralır,Dağlar susur, yatır qarı gələndə.
Miskinli Vəliyəm gəldim əfsana,Yazıb-yaratmadım qala nişana,Xəstəyəm, könlüm al zarafatyana,Gəl aç, yar, yaramı sarı gələndə.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-gelende-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Yurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
XoşqədəmQədəmin xoş, camalın xoş, özün xoş,Heyif, qismət oldun yada, Xoşqədəm.
Rəftəne-Səba tənha be bidare-mə’şuq (Səbanın tək mə’şuqənin görüşünə getməsi)Yeridi Səba çü bargahə,Bağladı təvəkkülin ilahə.
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?