Yeridi Səba çü bargahə,Bağladı təvəkkülin ilahə.Qıldı yer öpüb dua səlamı,Ərz eylədi ol şaha kəlamı.Çün gördü Səbanı Hüsn ilən Key,Der: – Yenə nişə gəlibdürür hey.Əl urdu, yapışdı yaxəsinə,Saldı anı bəndi-türrəsinə.Bağladı cəmii-tarəsilən,

Tar etdi günün sitarəsilən.Bəs kari-Səba budur müdami,Zülfi-sənəm ola bəndü dami.Gördü anı huş rəfte əz tən,Baxırdı ana zi ruyi-rövzən.Bəs qıldı mənim sarı səfərni,Der aşiqə verəyim xəbərni.Qıldı qəlibən iraxdan avaz,Bənd etdi Səbanı türki-tənnaz.Getdi bu sözü deyib rəvani,Göndərdim ana rəvani cani.Ol huş nigarə getməsün baz,Bədxudurur ol nigari-tənnaz.Nagah bir işdə keyd edər yar,Ol elçi tək anı qeyd edər yar.Demiş ki, var ol fəqirə söylə,Ğəm ləşkərinə əsirə söyləKim, oldu yerim bedərgəhi-şah,Gəlmən mən ana məgər ki, nagah.Bu söz yenə məni saldı narə,Ağlıb yenə düşdüm ahü zarə.Oldu yerim od çün səməndər,Oldum yaxa yırtubən qələndər.Çox şikvə qılubzi gərdişi-bəd,Həm dəxi zi bəxtü taleyi-xəd,Bixud qılubən fəğanü fəryad,Bu şe’ri özümdən eylədim yad.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love