Qəhrinə, küfrinə cümlə dayandım,Əvvəl iqrar verib dönən gəlməsin.Rəngi, boyasına cümlə boyandım,Bu rənglərə boyanmayan gəlməsin.

Rənginə boyandım, mən camdan içdim,Neçə canlar ilə qondum, qonuşdum,Məhəbbət eylədim, candan sevişdim,Məhəbbəti küfür sayan gəlməsin.

Məhəbbət eylədim, sevdim yarımı,Xərc eylədim əldə olan varımı.Bir əsilzadəylə et bazarını,Etdigi bazardan dönən gəlməsin.

Gerçək imiş sərsəriyə gəlməyən,Ər odur ki, iqrarından dönməyən,Qəlbində, könlündə riya bilməyən,İkilik kömlegin geyən gəlməsin.

Günahkara təriq sitəm qodular,Meydana gələndə qırxlar dedilər,Dostu dostdan seçi verin dedilər,Əfsanə sözlərə uyan gəlməsin.

Şah Xətayi aydır: – Bu həq yolidir,Doğru yoldir, bu həm eşq mənzilidir,Əksigə qalmayan pirim Əlidir,Qəlbində şübhəsi olan gəlməsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets