Səyyahısan bu varlığın işinin,Yaxşı öyrən sirrilərin sinisin.Aşıq deyər sini sin,Qarşılayır sini sin,Nədir açan süfrəsin,Dolu düzən sinisin?Al qələmə təməlini, daşını,De, yaz, yetir, ver xəbərin sini sin.

Gərək bilsin ağlı başda olannar,İlhamını hardan alır olan nar?Aşıq deyər olan nar,Olan atəş, olan nar,Xeyrə-şərə yarayarƏsil insan olannar.Aləmdə xoş təbiəti olannar,Hasil edir nemətlərin, sinisin.

Vəli, gedir arxasınca an anın,Aç süfrəsin, düz nemətin, a nanın.Aşıq deyər ananın,An adını ananın,Gündə yüz yol dur, dolan,Dön başına ananın.Üşüyürsən gir qoynuna ananın,Dərin, dayaz səninkidi sin, isin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets