Bilsən insan gəlib gedir dünyadan,Gəzib dolanırsan min ayə-ayə.Aşıq deyər min ayə,Al dərsini min ayə,İsmayılı İbrahimQurban demiş Minayə.El içində bir ey bilən özünü,Durar qulluğunda min ayə-ayə.

Bir guş versən, bir söz deyim bir sənə,Bir kitabda min dəlil var, bir sənə.Aşıq deyər bir sənə,Mail oldum bir sənə,Bilirsənmi alacaqBir can verən bir sənə.Bir dostundu, bir hörməti bir sənə,Birə hörmət eylə min ayə-ayə.

Miskin Vəli bir dost tutdu, bir dedi,Bir eşitdi, bir anladı, bir dedi.Aşıq deyər bir dedi,Bir dərs alan bir dedi,Ustadların ustadı,Bir olana bir dedi.İbrahim də od içində bir dedi,Şükr sənə etdi Minayə, ayə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets