Mən yox ikən bir qətrədən yaradan,Sən salma nəzərdən ayağ, ayağa.Aşıq deyər ay ağa,Pənahımsan, ay ağa,Üzmə məni qəmindənSalma eldə ayağa.Pak eylə qəlbimi çıxart yaradan,Yandırma yanara, a yağa, yağa.

Bərəkəti, nüsrəti ver elə sən.Əyri kəsi doğru yola elə sən.Aşıq deyər eləsənMehribansan elə sən.Həkimlərin həkimiDərdə dərman elə sən.Mənə rəhmi, şəfaəti elə sən,Məhşərdə, siratda ay ağa, ağa.

Miskinli Vəliyəm bir ana məni,Yanar, yaxşı ağlar bir ana məni.Aşıq deyər bir ana,Tanrım məni bir ana.Övladına can verənBir atadı, bir ana.Qəssal yuyar, bükər bir ana məni,Bürüyər cəsədim ay ağa, ağa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets