Qəmlər səhrasının səyyahı mənəm,Yar gələr köksünə oyan, a dağlar.Mən aşıq, yana dağlar,Qıymaram yana dağlar.Yanar, odlar sinəmi,Yıxar yan-yana dağlar.Ah çəkər alışar o nazlı sənəm,Ağlar qan-yaş tökər, oyan, a dağlar.

Əsli-Kərəm bir atəşdir, qan alı,Leyli-Məcnun gözü yaşdı qan alı.Aşıq deyir qan alı,Deyim dərdin qan alı.

Dərdə düşən dərdinəDərman üçün qan alı.Şirin-Fərhad qanı açdı qanalı,Silinməz iz saldı o yana, dağlar.

Sənan sızlar, yaxar qəlbim yara nar,Sevən aşiq dağlar yarar yara nar.Aşiq deyir, yara nar,Yar yarına yaranar.Nakam gedən aşiqlərÖlməz ada yaranar.Vəli sönməz yanar-yanar yara nar,Bəlkə, qəbirdə də o yana, dağlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love