Dilbər
Nə səfalı yerdir kəhrizin başı,
Hayıf ki, düşərik aral, a dilbər.
Ovçuyam ovumu ovlaram naşı,
Arınıb dönübsən marala dilbər.
Yaşılbaş sonatək yana çəkirsən,
Nə eşq ataşıdır cana çəkirsən.
Ağ nazik əlində şana çəkirsən,
Çin-çin eylə zülfün arala dilbər.
Mən Miskin Vəliyəm yoxdur soyadım,
İstəyirəm qəmli könlüm oyadım.
Layiq bilsən hasil eylə muradım,
İstəmə ki, rəngim sarala, dilbər.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-dilber
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Oğluma xitab (Ey oğul, olma talibi-badə)
Ey oğul, olma talibi-badə,Getməsin ta ki izzətin badə.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
با قضا، چیره زبان نتوان بودکه بدوزند، گرت صد دهن است
CırtdanSəni nağıllardan tanıyıram mən,Silinib getmirsən təsəvvürümdən.