Bu yolla gedirsiz hansı yaylağa,
Sizin oylağınız hara, gözəllər?
Qənd tökülür şirin dilə, dodağa,
Libasın ipəkdir xara, gözəllər.

Sallanıban siz seyrana çıxanda,
Xəstə könlüm eşq oduna yaxanda.
Gendə durub pünhan-pünhan baxanda,
Eylərsiz qəlbimi para, gözəllər.

Hərəniz bir cürə ipək libasda,
Tər sinə üstündə şamama bəsdə.
Köçünüz ayrıldı Ağbulaq üstə,
Vəlini saldınız nara, gözəllər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets