Məhəbbət kəsilər, dost düşmən olarTərlanı satanda sar etibarsız.Baş kəsilər, ev yıxılar, qan olar,Öz yarın atanda yar etibarsız.

Qoy kor olsun xain baxan elinə,Dost bağının bülbülünə, gülünə.Ölsün, itsin, düyün düşsün dilinə,Nə qədər dünyada var etibarsız.

Miskinli Vəlini salmır yadına,Haqsız yanır dilin, nəfsin oduna,Qara ləkə vurur təmiz adına,Çəkmir namus, qeyrət, ar etibarsız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love