Bəxtəvər başına ay çeşmə sənin,Hər səhər üstünə sona yeriyir,Gözlərini süzür, canımı üzür,Qəmzələrin qəhri cana yeriyir.

Qüdrət qələmindən çəkilib qaşı,Yandırır sinəmi eşqin ataşı,Qoysalar məzara, örtsələr daşı,Yenə ruhum o canana yeriyir.

Yenə könül quşu canana döndü,Kərəm tək od tutub yanana döndü,Yazıq Vəli Şeyxi-Sənana döndüSəməndər tək yana-yana yeriyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love