Ala gözün tuti kimi,Şirindi dilin, Zərnişan.İnci sədəf dırnaqların,Nazikdi əlin, Zərnişan.

Bir əlində tər bənövşə,Süsən, sünbülün, Zərnişan.Ətir verir yanağında,Açılıb gülün, Zərnişan.Dolanıb solu-sağına,Oxur bülbülün, Zərnişan.

Nə maralda, nə ahuda,Belə gözlər görməmişəm.Belə ahu ovçusuna,Yetsin qubar görməmişəm,Belə gözəli sevəndə,Qəm, ahu-zar görməmişəm.Tər sinənin ağlığında,Dağlarda qar görməmişəm.Haqq sənə bir qələm çalıb,Artıb cəlalın, Zərnişan.

Bu hüsnüdə gözəl olmaz,Camalın bənzər qılmana.Cumubsan eşqin gölünə,Olubsan yaşılbaş sona.Laçın kimi cilvələnib,Yenə dönübsən tərlana.Dişlərindi dürr danəsi,Qaymaq bələnib dahana.Car olubdu ləblərindən,Nə şirin balın, Zərnişan.

Vəli deyər sən tək gözəl,Dağı-aranda tapılmaz.Axtarmışam Uruseti,Nə də Kirmanda tapılmaz.Padşahlara şüd eləsən,Cümlə cahanda tapılmaz.Bəlkə, ola irizvanda,Ayrı bir yanda tapılmaz.Heç gözəl sənə bənzəmir,Qeyridi halın, Zərnişan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets