Bu adam Allahın bəlası imiş,Şeytanın balası imiş bu adam.Quruyub məhşərə qalası imişMəhşərin qalası imiş bu adam.

Gözü göy, sözü boz, üzü kürənmiş,Nəyi var tükənib üzə dirənmiş.Demə saman altdan su yeridənmişCəhənnəm olası imiş bu adam.

Hələ ki yol gedir üzü bütlüyə,Çətinə düşdümü sözü cütlüyər.Döndərə bilərmiş xalqı kütləyəBir qaşıq çalası imiş bu adam.

Başı daşdan daşa dəyər adamın,Ölüm qapısını döyər adamın.Niyəti başını yeyər adamın,Niyətin başını yemiş bu adam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets