O hansı gün idi yer işə düşdü,Taleyin kərəmi gəldi insafa.Kim bilir, nə zaman, harda görüşdü,

Babamız Adəmlə, nənəmiz Həvva?!

Sonra yerdəyişi yağışın, qarın,Keçib ömrümüzdən neçə qış, bahar.Babadan nəvəyə gedən yollarınNəvədən babaya qayıtmağı var.

İnsan ağacının kökü dərindəYüz yol boşalsa da, dolsa da dünya.İkicə adam var Yer üzərində,İkicə adam var-Adəmlə Həvva!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring