Sən kimi seçirsən
Nə oldu: yaxşını pisdən seçmədin?!Nə oldu: qızılı misdən seçmədin?!Nə oldu: əyrini düzdən seçmədin?!Sən kimi seçirsən, sən kimi, xalqım?!
Var olan varımı, yoxumu seçər?!Kor olan azımı, çoxumu seçər?!Əkinçi damızlıq toxumu seçər,-Sən kimi seçirsən, sən kimi, xalqım?!
Əkən əkinçidir, biçən Allahdı.Dar gündə qəlbindən keçən Allahdı.Seçilən bəndədir, seçən Allahdı,-Sən kimi seçirsən, sən kimi, xalqım?!
Tale qısmətimiz belədi yoxsa?Əslimiz, kökümüz kölədi yoxsa?Bu da bir növbəti tələdi yıxsa?Sən kimi seçirsən, sən kimi, xalqım?!
Hər əldə əylənməz dövlət, var belə,Uca zirvə seçər yağan qar belə.Nədir, nə xəbərdir tez-bazar belə,-Sən kimi seçirsən, sən kimi, xalqım?!
Bu necə dumandı, göz gözü seçmir?Bu necə zamandı, düz sözü keçmir?Yoxsa, seçdiyini xalq özü seçmir,-Sən kimi seçirsən, sən kimi, xalqım?!
Bu mən!Mən hər şeyi atıb gedərəm.Uduzub gedərəm, udub gedərəm.Əlimi üzümə tutub gedərəm,-Sən kimi seçirsən, sən kimi, xalqım?!
Nə oldu: yaxşını pistən seçmədin?Nə oldu: əyrini düzdən seçmədin?Nə oldu: qızılı misdən seçmədin?Seçtin,
seçdiyini bizdən seçmədin,-Sən kimi seçirsən, sən kimi, xalqım?!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-sen-kimi-secirsen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.