Gələcək oxucu, düşün bu vaxtı,Qışlada qışlamaz qoşun bu vaxtı.Qapını qar basıb, qışın bu vaxtı,işin bu vaxtı,Bu xalq çəpik çalmaq öyrənir hələ.

Ayağa qalxmağı çoxdan unutub,Tətiyi, çaxmağı çoxdan unutub.Sabaha baxmağı çoxdan unutub,-Bu xalq çəpik çalmaq öyrənir hələ.

Başının üstündə haqq duası yox,Toyda sevinməyi, yasda yası yox.Bəlkə millət olmaq əlifbası yox,-Bu xalq çəpik çalmaq öyrənir hələ.

Düşüb arxasına bir asi-keçmiş.Nöbəti sovuşmuş, sırası keçmiş...Küməsi dağılmış, çırası keçmiş,-Bu xalq çəpik çalmaq öyrənir hələ.

Əvvəlin işini sona qoyan xalq,Qəzəb qılıncını qına qoyan xalq,Qan axan əlinə xına qoyan xalq,-Bu xalq çəpik çalmaq öyrənir hələ.

Açılan sandığı, pambığı əldə,Soyulan dərisi, qabığı əldə...Əldədir, dirijor çubuğu əldə,-Bu xalq çəpik çalmaq öyrənir hələ.

Bəlkə qəzbinə, kininə çalır,Şərin, şərəfsizin şəninə çalır,Bilən yox, heç hansı gününə çalır,-Bu xalq çəpik çalmaq öyrənir hələ.

Hərdən öz kökünə təpiyini çal,Manatını qazan, qəpiyini çal...“Şair”sən də yeri çəpiyini çal,-

Bu xalq çəpik çalmaq öyrənir hələ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland