Yadına düşərdim, düşərdim hərdənAmma saxlamazdın yadında məni.Adının üstünə neçə ad qonubSevib beyenmedi adın da məni.

Sən necə yol kəsib, zaman əylədin.Başımda saçımı duman eylədin.Bilmirəm heç nəyə güman eylədinYandırıb yaxmada odun da məni.

Dedim dərdin alım, dərdim almadın,Gözümlə odları gördüm, almadın.Verdim ürəyimi, verdim, almadın,-İndi alammazsan satın da məni.

Mən imdad dilədim sən yaxa çəkdin,Gah vara üz tutdun, gah yoxa çəkdin,Günahsız könlümü günaha çəkdin.Aldadıb bir şeytan qadında məni.

Əslimi soruşma, sevgidi əslim,Mən ona təsliməm, o mənə təslim.Ay payız baxışlım, bayatı gözlüm,Sıxma qaşlarıyın çatında meni.

Yerlərə sürüyür cismimi şəklər.Ruhumu göylərə çəkir mələklər.Bu dərdlə hayanda dəfn edəcəklər,Tanrının neçənci qatında məni?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets