Yaranışı milyon il mi, bir il mi,Yerişindən yerin var mı xəbəri?Hara gedir bu gedişlə bilir mi,Bir oyadın görün, var mı xəbəri?

Hardan gəlir bu ikilik, haçalıq,Alçaqlara yoldaş olub ucalıq.Bilməcədir bu uşaqlıq,qocalıqBu sirrindən sirrin var mı xəbəri?

Ömür keçər, ölüm gələr yaxına,Bu xınaya bənzəməz ki, o xına.Biz də belə qoşularıq axınaHara axır Kürün var mı xəbəri,Bir soruşun, görün var mı xəbəri?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets