I

Az görmədik çoxlarından,
Bu fələyin çarxlarından,
Yaş axar süd arxlarından
Fərhad dağları çapalı...

Gələni vara gətirdi,
Gedəni yoxa ötürdü.
Özünü salıb itirdi
Tanrını gəzib tapalı...

...Dünyaya gələndən bəri,
Bulmadım gəzdiyim yeri...
Tabut qapağından qeyri
Bütün qapılar qapalı...

II

Kimdi bizə naz satan
Satanın alanı var.
Bu bomboz həqiqətin
Sonunda yalanı var.

Yerə dəyən kürəyim
Yerin xoşuna gəlməz.
Daha yorğun ürəyim
Şerin xoşun gəlməz.

Nəydim, nə günə düşdüm,
Hanı üzümün nuru?
Mən andımı dəyişdim
Tanrım, özünü qoru...

...Ortaq olum qəminə
Götür gedim gəminə,
A şükür kərəminə
Neyi çox gördün mənə?

Bir vaxt şer yazardım,

Şeri çox gördün mənə.
İynəynən qor qazardım
Yeri çox gördün mənə.

Alnımdakı qırışlar-
Adəmdən qalan cığır.
Hansı qapını açsam
Ardından yalan çıxır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets