Ya buyruq, ya yumruq altındadır,Dünyanın vətən olmayan torpaqları...Boyun üzülən yerdə boyunduruq böyüyür,Boynu buruq böyüyürVətən olmayan torpaqların uşaqları...Arzulara varmaq,Qanla suvarılmaq,-Vətən olmaq istəyir Torpaq!Qan gəzir,Qan, qurban..Qana qan demirəm,Qan deyirəm,Vətəndaş olmaq istəyən insan!Vətən qandan doğulur,İnsanı qan çəkir,Hər doğuluş bir qandır!Sərhəddini qan çəkir ölkələrin,İnsan qanı!Qandır, qandıra bilirsənVətəndaş olmaq istəyən insanı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland