Türkün sevgisi
Dünyaya iğitlik doğan anadır,Yolu gündoğandan günbatanadır,Ünvanı Yer adlı bir vatanadır,-Bir Ay sevgisidir,bir gün sevgisi,Türkün sevgisi!
Tanrı dağlarından einib gelibdir,BozqırdaBoz qurda dönüb gelibdir.O yurddan bu yurda dönüb gelibdir,-Hicran sevgisidir, sürgün sevgisi,Türkün sevgisi!
Göydən gəldiyindən göylərə zamin,Könlündə Tanrı var, dilində amin.Dünyaya birinci gələn adamınİlkin sevgisidir-Türkün sevgisi!
Adəmlə Həvvanın gördüyü yaşda,Başında dərd də var, dərdnən savaşda.Namusu nəfsindən yuxarı başda,Börkün sevgisidir-Türkün sevgisi!
Tarixə səpilən izi böyükdür,Orda da, burda da Türk oğlu türkdür.Elə türklüyü də dünyaya görkdür,-Görkün sevgisidir-Türkün sevgisi.
Yaxşı bax, bu qala Türk qalasıdır,Bütün qalaların ilk qalasıdır.Yenilməz, basılmaz Ərk qalasıdır,-Ərkin sevgisidir,Türkün sevgisi!
Hər körpə dodağın ilk kəlməsi var,Dindirsən, dilinin yek kəlməsi varQanından süzülən türk kəlməsi varİrqin sevgisidir, Türkün sevgisi.
Tanrı dağlarından einib gəlibdir,Bozqırda, boz qurda dönüb gəlibdir,O yurtdan bu yurda dönüb gəlibdir,Bir yurd sevgisidir,Türkün sevgisiBoz qurd sevgisidir,Türkün sevgisi,Qorqud sevgisidir,Türkün sevgisi!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-turkun-sevgisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
به چشمک این همه مژگان به هم مزن یاراکه این دو فتنه به هم میزنند دنیا را
Xal-xalaYazıcılar yazıları yazanda,Bizim də yazını yazdı xal-xala.