Ağlı olan çox danışmaz,Dərdi hazar olmasa;Heç kimsənə xəstə yatmaz,Canda azar olmasa.Axtarıram, yoxdur təbibDərdə dərman eyləyə:Çox çalışmaq əfsanədi,Haqdan nəzər olmasa.

Dərdi olan tüccar kimiYuklə hər yana gedər;Söylər dərdin dərd bilməzə.Özü əfsanə gedər;Axırında Məcnun olub,Bər-biyabana gedər;Qan ağlamaz, sızıldamaz,Canda azar olmasa.

Dərdi olan yad olmasınOl mövlanın dərdindən;Daima əlin çəkməsinMərd igidlər sirrindən.Qəlb əyilsə, bulmaz şəfa,Duman getməz sərindən;Şahi-Mərdan-Şiri-YəzdanDilində car olmasa.

Vaqifin ol gözəllərəTərif büsatı deyim;Ələsgər, Xəstə QasımdaVar etiqadı deyim;Şirin deyib qaya çapdıYazıq Fərhadı deyim;Kərəm oda yanmaz idi,Çeşmi-xumar olmasa.

Aşıq Əsəd xırd eləsinDaim öz mətahını.Həqiqətin, mərifətinGözlə bəndərgahını.Doğru, düzgün, qeyrət iləSaxla dost irahını;Dost dostundan kənar olmazMərdiməzar olmasa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets