Xəstə Qasım:O kimdir ki, otuzunda cavandı?On beşində qocalanı uludu?O nədir ki, dili ayrı, sözü bir?O hansı dəryadı içi doludu?

Ləzgi Əhməd:O aydı ki, otuzunda cavandı,On beşində qocalanı uludu.O qələmdi, dili ayrı, sözü bir,Elm dəryası hər dəryadan doludu.

Xəstə Qasım:O nədir ki, qışda dağlar bürünür?O nədir ki, əl dəyməmiş hörülür?O nədir ki, insana fərz verilir?O nədir ki, o da onun gülüdü?

Ləzgi Əhməd:O qardır ki, qışda dağlar bürünür,O könüldür, məhəbbətlə hörülür,Ölümdü ki, insana fərz verilir,O ilqardı, iman onun gülüdü.

Xəstə Qasım:O nədir ki, haqq yanında nahaqdı?O nədir ki, yerə, göyə dayaqdı?O kimdir ki, yatmayıbdı oyaqdı?Xəstə Qasım hər elmdən halıdı?

Ləzgi Əhməd:Böhtan sözdü, haqq yolunda nahaqdı,Haqq nəzəri yerə, göyə dayaqdı.Haqq özüdü yatmayıbdı, oyaqdı,Bu sirlərdən Ləzgi Əhməd halıdı.

Xəstə Qasım:Mən qurbanam qaşı, gözü qaraya,Təbibimsən, dərman eylə yaraya,Bir səhrada meyid düşsə araya,Mollası olmasa, nə demək gərək?

Ləzgi Əhməd:Bismillahı mən yanımca götürrəm,Yüz zikirnən özüm ona yetirrəm,Mollası yox, təəmimnən götürrəm,Tapşırıb haqqına qayıtmaq gərək.

Xəstə Qasım:Bəlkə səğiri var, nə demək olar?Onun əməyini nə yemək olar?Məhşər günü ona nə kömək olar?Kim onun havadarı, bilmək gərək?

Ləzgi Əhməd:Səğiri olana tutarlar qəyyum,Çörəyini halal eylər o alim,Məhşərin günündə onlara lazım,Axır kömək verən şahmərdan gərək.

Xəstə Qasım:Xəstə Qasım deyər, kimdi qaytardı,Onda kim saxladı din Məhəmmədi?Kim söylədi müsəlmanlıq şərtini?Müsəlman olanda nə demək gərək.

Ləzgi Əhməd:Ləzgi Əhmədəm mən, haqdan keçmərəm,Dediyin sözləri başa düşmərəm,Gər bilsəm də o sirləri açmaram,Müsəlman olanda nə demək gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets